Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub
19.05.2026 [14:05]
Xəbərin mətni
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbir keçirilib. Tədbirin açılışında Xankəndi şəhəri, Şuşa, Ağdərə və Xocalı rayonlarında görülən bərpa-quruculuq işlərinə dair videoçarx nümayiş olunub.