Bouinzal Nohaila: Müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri elitaların nəzarətində olub
19.05.2026 [15:48]
Xəbərin mətni
Müstəmləkəçilik dövründə formalaşmış sosial və şəhərsalma bərabərsizliyi bu gün də bir çox ölkələrdə, o cümlədən Mərakeşdə yaşayış şəraitinə təsir göstərməkdə davam edir. Bu fikirləri “Nobu Consulting” şirkətinin təsisçisi və hüquq məsləhətçisi Bouinzal Nohaila Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.