Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib

19.05.2026 [17:20]

Xəbərin mətni

Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.