Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Çalışırıq ki, ev təminatı məsələsində maliyyələşməni əlçatan və dayanıqlı edək

21.05.2026 [12:28]

Xəbərin mətni

Biz çalışırıq ki, ev təminatı məsələsində maliyyələşməni əlçatan və dayanıqlı edək. Bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.