İcraçı direktor: Urbanizasiyanın sürətlənməsi və əhali artımı yeni yanaşmalar tələb edir
21.05.2026 [12:46]
Xəbərin mətni
2015-2019-cu illərdə Hindistanda 29,5 milyon ev tikilib və yaxın dövrdə əlavə 3 milyon mənzilin istifadəyə verilməsi planlaşdırılır. Bu sözləri Hindistanın Milli Mənzil Bankının icraçı direktoru Sanjay Şukla Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.