İqlim məsələləri üzrə nümayəndə: Azərbaycan davamlı şəhər inkişafına xüsusi önəm verir
21.05.2026 [13:20]
Xəbərin mətni
WUF13-ə ev sahibliyi edən ölkə kimi Azərbaycan davamlı şəhər inkişafına, ətraf mühitə məsuliyyətə və iqlim dayanıqlılığına xüsusi önəm verir. Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciətində deyib.