May Abdel Hamid: Subsidiya üçün elə bir sistem qurduq ki, ehtiyacı olan insanlara çatsın
21.05.2026 [13:35]
Xəbərin mətni
2015-ci ildə ilkin 200 milyon dollardan əlavə 500 milyon dollarlıq kredit müqaviləmiz var idi, sonra isə daha 500 milyon dollar əlavə olundu. Beləliklə, subsidiyalar üçün Dünya Bankından ümumilikdə 1,2 milyard dollar əldə etdik. Bu subsidiya üçün biz elə bir sistem qurduq ki, həqiqətən ehtiyacı olan insanlara çatsın. Bunu Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Abdel Hamid Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.