Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nora Lombardini: Binaların yenilənməsi və əvəzlənməsi prosesində əmək bazarındakı transformasiyalar da nəzərə alınmalıdır

21.05.2026 [13:58]

Xəbərin mətni

Binaların yenilənməsi və əvəzlənməsi prosesində əmək bazarındakı transformasiyalar da nəzərə alınmalıdır. Bu istiqamətdə insanların bilik və bacarıqlarının inkişaf etdirilməsi zəruridir. Bu barədə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini WUF13-də Azərbaycan pavilyonunda keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyada çıxışı zamanı deyib.