ADB rəsmisi: Maliyyə dayanıqlılığı su sektorunda əsas problemlərdən biridir
21.05.2026 [15:48]
Xəbərin mətni
Asiya İnkişaf Bankının (ADB) Asiya və Sakit Okean regionunda fəaliyyət göstərdiyi bir çox ölkədə əsas problemlərdən biri maliyyə dayanıqlığıdır. Bu sözləri ADB-nin Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.