UN-Habitat: Qeyri-rəsmi yaşayış məskənlərinin yaxşılaşdırılması su problemlərinin həllinə töhfə verə bilər
21.05.2026 [15:53]
Xəbərin mətni
Əgər insanları düşərgələrdən və qeyri-rəsmi yaşayış məskənlərindən layiqli mənzillərə köçürmək, həmçinin həmin ərazilərdə yaşayış şəraitini yaxşılaşdırmaq mümkün olsa, bu zaman su və digər əsas xidmətlərlə bağlı problemlərin bir hissəsini aradan qaldırmaq olar. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.