Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rose Molokoane: İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır

21.05.2026 [16:09]

Xəbərin mətni

İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır. Bu sözləri Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.