Rose Molokoane: Bir çox icmalarda insanlar çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar
21.05.2026 [16:11]
Xəbərin mətni
Bir çox icmalarda insanlar hələ də təhlükəsiz içməli suya çıxışdan məhrumdurlar və çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar. Bu sözləri Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.