Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, çoxölçülü inkişaf çağırışıdır

21.05.2026 [16:29]

Xəbərin mətni

Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, iqtisadi məhsuldarlıq, sosial həmrəylik, iqlim dayanıqlılığı və siyasi sabitliyə təsir edən çoxölçülü inkişaf çağırışıdır. Bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib.