Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Şəhərlər sağlam və əlçatan olmalıdır

21.05.2026 [16:54]

Xəbərin mətni

Qarabağ və Şərqi Zəngəzurda biz sadəcə əraziləri bərpa etmirik və bərps işləri dedikdə yalnız yolların və binaların tikintisini nəzərdə tutmuruq. Bərpa edirik dedikdə bina və evlərlə yanaşı etimadın, imkanların və gündəlik həyatın yenidən qurulmasını nəzərdə tuturuq. Bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və Vətəndaş Cəmiyyətinin rolu” mövzusundakı sessiyada gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.