Bəşir Hacıyev: Əsas prioritet ondan ibarətdir ki, qurulan infrastruktur inkişaf gözləntilərimizi də qarşılasın
21.05.2026 [17:39]
Xəbərin mətni
Münaqişədənsonrakı yenidənqurma prosesində əsas məsələ yalnız sürətli tikinti aparmaq deyil, gələcək üçün etibarlı və dayanıqlı təməl yaratmaqdır. Çünki söhbət tamamilə yenidən qurulan bir regiondan gedir və burada qəbul olunan hər qərar uzunmüddətli perspektivdə bölgənin inkişafına birbaşa təsir göstərir. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.