Azərbaycan Dövlət İnformasiya Agentliyi

Read Qasımov: Bakının Baş planı müasir şəhərin inkişafı ilə irsin mühafizəsi arasında harmoniyanın təmin edilməsini nəzərdə tutur

21.05.2026 [18:41]

Xəbərin mətni

Bakı dünyanın bir çox sahilyanı şəhərləri kimi ciddi ekoloji və iqlim çağırışları ilə üzləşir. Bu səbəbdən “Bakı Baş Planı 2040” sənədində yaşıl şəhərsalma, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsipləri əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – yeni inkişaf dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.