Kamila Kokina: Mənzil siyasətinin formalaşdırılmasında yerli bilik və təcrübələr əsas götürülməlidir
21.05.2026 [19:16]
Xəbərin mətni
Mənzil siyasətinin formalaşdırılmasında yerli bilik və təcrübələrin əhəmiyyəti ön planda olmalıdır. İnsanların real həyatda üzləşdikləri çətinlikləri, qeyri-qənaətbəxş mənzil şəraitini və bu problemlərin aradan qaldırılması üçün reallaşdırılan təşəbbüsləri dərindən araşdırmalıyıq. Bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatçısı Kamila Kokina WUF13 çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada söyləyib.