Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk nümayəndə: WUF13-də təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub

22.05.2026 [18:39]

Xəbərin mətni

Bu qədər genişmiqyaslı və çoxsaylı iştirakçıların qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycana təşəkkür edirəm. Təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub və iştirak da olduqca genişdir. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində WUF13-də iştirak edən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Strateji Ekoloji Qiymətləndirmə şöbəsinin direktoru Nihan Şahin Hamamçı deyib.