Mütəxəssis: “Malayziyanın on ikinci inkişaf planı”nda bütün əsas mövzular yer alır
22.05.2026 [19:05]
Xəbərin mətni
Biz bütün nazirliklərin planlarını bir araya gətirərək vahid sənədə çeviririk. Buna “Malayziyanın on ikinci inkişaf planı” deyirik. Hazırda biz On İkinci Malayziya Planı üzərində işləyirik. Burada bütün əsas mövzular yer alır. Bunu malayziyalı şəhərsalma mütəxəssisi və UN-Habitat-ın keçmiş icraçı direktoru Maimuna Mohd Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün strateji ətraf mühitin qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.