Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq
04.06.2026 [12:20]
Xəbərin mətni
Hazırda nəqliyyat sektorunun, bəlkə də, tarixin ən böyük transformasiya mərhələlərindən biri, yəni avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlər astanasındayıq. Bir çox ölkələrdə bu artıq sınaq rejimində tətbiq olunur. Bu texnologiyalar yalnız nəqliyyat sistemlərinin fəaliyyət prinsiplərini dəyişmir, eyni zamanda, nəqliyyatda, ilk növbədə, təhlükəsizliyin, iqtisadi səmərəliliyin, habelə xidmət keyfiyyətinin yüksəldilməsinə yeni imkanlar formalaşdırır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında deyib.