Arzu Nağıyev: Kibertəhlükələr və kibercinayətkarlıq qlobal çağırışlardan birinə çevrilib
04.06.2026 [13:37]
Xəbərin mətni
XXI əsrdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, kibertəhlükələr və kibercinayətkarlıq da qlobal çağırışlardan birinə çevrilib. Bu baxımdan Azərbaycanın beynəlxalq və milli səviyyədə atdığı addımlar xüsusi əhəmiyyət daşıyır. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.