Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir

04.06.2026 [16:20]

Xəbərin mətni

2025-ci ildən bu günədək 500-dən çox iştirakçı bu yarışlarda qüvvəsini sınayıb. Hazırda final mərhələsində 70-ə yaxın üzgüçü mübarizə aparır. Bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.