Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: Azərbaycan gimnastlarından Dünya Kubokunda uğurlu nəticələr gözləyirik

05.06.2026 [18:25]

Xəbərin mətni

Ümid edirik ki, həm akrobatlarımız, həm də aerobika gimnastikası üzrə təmsilçilərimiz üçün bu yarış uğurlu olacaq və onlar doğma azarkeşlər önündə çıxışlarını layiqincə nümayiş etdirəcəklər. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bu gün start götürən aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışları barədə danışarkən deyib.