Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir

05.06.2026 [21:36]

Xəbərin mətni

Gözlənildiyi kimi, çempionatdakı oyunlarımız kifayət qədər çətin keçdi. Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar. Təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədiyimiz səviyyədə idi. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov millinin Slovakiyada təşkil edilən Avropa çempionatının qalibi olması ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.