İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür
10.06.2026 [21:44]
Xəbərin mətni
Müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və məişət zorakılığı, baxımsızlıq, küçə mühiti, kiberməkanda mövcud təhlükələr və yol hərəkəti hadisələri kimi amillər uşaqlar üçün əsas risk faktorları sırasında yer alır. Bu baxımdan, uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz mühitdə inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. AZƏRTAC xəbər verir ki, bu fikirləri daxili işlər nazirinin müavini İsmət Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.