Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ

11.06.2026 [17:26]

Xəbərin mətni

Səhnə hər zaman istedadla yanaşı, zəhmət, intizam və daxili duyum tələb edən incə bir aləmdir. Xüsusilə musiqi sahəsində öz yolunu tapan gənclər bu aləmin həm estetik, həm də fəlsəfi qatlarını öz yaradıcılıqları ilə daha da zənginləşdirirlər. Belə parlaq və perspektivli gənclərdən biri də ecazkar səs tembri, rəngarəng səs palitrası və səhnədəki səmimi, özünəməxsus ifa tərzi ilə qısa zamanda dinləyicilərin rəğbətini qazanan, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin gənc ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin tələbəsi, respublika müsabiqələri laureatı Mədinə Səlimovadır. Peşəkar səhnədə ilk addımlarını atmasına baxmayaraq, xor musiqisinin dərin fəlsəfəsini dərk edən və klassik irsə sadiqliyi ilə seçilən gənc ifaçının sənət yolu həm də müasir gəncliyimizin mədəniyyətə verdiyi dəyərin bariz nümunəsidir. AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan gənc ifaçı sənət yolu, tələbəlik illərindən peşəkar səhnəyə uzanan yaradıcılıq fəaliyyəti və gələcək hədəfləri barədə danışıb.