Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur
12.06.2026 [16:02]
Əsas məqsədimiz regionlarda keçirilən müşavirələr vasitəsilə fermerlərin, sahibkarların, yerli icra hakimiyyətlərinin və aidiyyəti dövlət qurumlarının yeni Dövlət Proqramı barədə məlumatlandırılması, nəzərdə tutulan tədbirlərin yerlərə çatdırılması, kənd təsərrüfatının inkişafına yerində dəstəyin təmin olunmasıdır. Bu məqsədlə ilk müşavirələrdən biri Ağdaş rayonunda keçirildi. Müşavirədə fermerlərin, sahibkarların və dövlət qurumlarının iştirakı ilə kənd təsərrüfatının əsas prioritet istiqamətləri müəyyənləşdirildi, dövlət dəstək mexanizmləri barədə məlumat verildi. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdaşda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı keçirilən regional müşavirədən sonra kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.