Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur
12.06.2026 [22:54]
Xəbərin mətni
Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni yanaşma formalaşır. Yeni Dövlət Proqramı çərçivəsində aqrar sahədə əvvəlki subsidiyalaşdırma mexanizmindən fərqli olaraq, daha çox intensiv istehsala, məsrəf səmərəliliyinə və ixracyönümlü məhsul istehsalına əsaslanan model tətbiq edilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.