Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ
13.06.2026 [12:57]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu keçirilib. Tədbir zamanı TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında əməkdaşlığın genişləndirilməsi, rəqabət siyasətinin tətbiqi və regional inteqrasiyanın gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.