Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir

16.06.2026 [16:49]

Xəbərin mətni

Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi təşkil olundu. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermerlərin, sahibkarların və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Dövlət Proqramının hədəfləri, məqsədləri, qarşıya qoyulan tapşırıqlar və nəzərdə tutulan dövlət dəstəkləri ilə bağlı ətraflı məlumatlar verildi. Həmçinin yeni investisiyaların cəlbi ilə bağlı imkanlar sahibkarların diqqətinə çatdırıldı. Bunu Ağcabədidə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.