Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

17.06.2026 [11:57]

Xəbərin mətni

Qarabağda böyüyən gənclərin səs tembri və ifa xüsusiyyətləri fərqli formalaşacaq. Bu mühitin ab-havası onların yaradıcılığına özünəməxsus rəng qatacaq. Qarabağ Universitetinin gələcəyini çox parlaq görürəm və onun ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inanıram. Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetində incəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət söyləyib.