Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır

18.06.2026 [11:25]

Xəbərin mətni

Qarabağ Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyidir. Bizim missiyamız əsrlərdən süzülüb gələn zəngin musiqi ənənələrini gənc nəslə tədris etmək və yaşatmaqdır. Qarabağ Universitetində çox istedadlı tələbələr təhsil alırlar. Onların nəzəri və praktiki biliklərini inkişaf etdirərək peşəkar səhnə fəaliyyətinə hazırlayırıq. Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin müəllimi dosent, Xalq artisti Elşən Mansurov deyib.