Qazaxıstan Prezidenti: Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi
29.06.2026 [14:15]
Xəbərin mətni
Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur. Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi. Bu fikirlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.