Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisədir
29.06.2026 [14:47]
Xəbərin mətni
Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb. Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.