Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi

02.07.2026 [14:55]

Xəbərin mətni

UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasının Tərəflərinin Konfransı iki ildən bir keçirilir. Konfransda dünyanın müxtəlif ölkələrinin anti-dopinq təşkilatlarının nümayəndələri və idman nazirləri iştirak edirlər. Bu konfransa hazırlıq məqsədilə UNESCO-da xüsusi Büro fəaliyyət göstərir və onun tərkibi seçkilər yolu ilə müəyyənləşdirilir. Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.