Emin Dadaşov: “Bakı.1926: Dil, Fikir, Birlik” sərgisi bir əsrlik tarixi əhatə edir
02.07.2026 [17:23]
Xəbərin mətni
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir. Ekspozisiya ortaq türk köklərindən başlayır, XIX əsrdə həyata keçirilən əlifba islahatlarını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikalı əlifbanın tətbiqi istiqamətində görülən işləri əhatə edir və ziyarətçiləri Birinci Türkoloji Qurultaya aparan tarixi proseslə tanış edir. Bunu Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov bildirib.