Yeni təsir mərkəzi kimi Azərbaycan: strateji düşüncədən insan kapitalına
26.07.2026 [12:20]
Xəbərin mətni
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın regional mövqeyini, beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş kimi statusunu əhəmiyyətli dərəcədə gücləndirib. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq əlaqələri, nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq tədbirlərə ev sahibliyi və rəqəmsal dövlət xidmətləri ölkənin inkişaf gündəliyinə yeni miqyas qazandırıb.