Müasir suvarma metodları və yüksək məhsuldarlıq: Şərurda kartofçuluq yeni mərhələdə
27.07.2026 [12:02]
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdən biri suvarma sistemlərinin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadənin təşkili və müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir. Dövlət Proqramının əsas fundamental tədbirlərindən biri kimi müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, proqramın icrası nəticəsində hazırda 130 min hektar təşkil edən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bu hədəf su itkilərinin azaldılması, su resurslarından daha səmərəli istifadə və kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.