Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir
07.08.2026 [20:22]
Xəbərin mətni
Ana dili milli kimliyin, mədəni irsin və elmi təfəkkürün daşıyıcısıdır. Azərbaycan dilinin saflığının qorunması bugünkü qloballaşan dünyada təkcə dilçilik deyil, həm də milli təhlükəsizlik və mədəni davamlılıq məsələsidir. Rəqəmsal mühitdə keyfiyyətli Azərbaycandilli elmi və informasiya resurslarının artırılması, ədəbi dil normalarının təbliği və nitq mədəniyyətinin yüksəldilməsi aktual vəzifələrdəndir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.