Azərbaycan Dövlət İnformasiya Agentliyi

Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər

20.08.2026 [14:19]

Xəbərin mətni

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təkcə su hövzəsinin sahəsinin azalması ilə məhdudlaşmır. Proses sahilyanı ərazilərin landşaftına, ekosistemlərinə və biomüxtəlifliyinə ciddi təsir göstərməklə yanaşı, regionun ümumi ekoloji vəziyyəti üçün də yeni risklər yaradır. Bu fikirləri müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani söyləyib.