Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ
20.08.2026 [17:30]
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında kitablardan ilhamlanan bir xanım var. Onunla söhbətimizə elə kitablardan başlayırıq. Həmsöhbətimiz Ləman xanım üçün mütaliə yalnız asudə vaxtın səmərəli keçirilməsi deyil, həm də yeni fikirlər, fərqli baxışlar və şəxsi inkişaf mənbəyidir. Azərbaycan-Fransız Universitetində kimya mühəndisliyi üzrə bakalavriat təhsili almış Ləman Cəlilova magistratura təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Həmin institutunun ilk azərbaycanlı məzunu olan Ləman Cəlilova orada tam təqaüdlə təhsil alıb. Hazırda isə “McKinsey & Company” şirkətində biznes analitiki kimi fəaliyyət göstərir. Ləman Cəlilova AZƏRTAC-a müsahibəsində “Yüksəliş” müsabiqəsində iştirak təcrübəsindən, hazırlıq prosesindən, həyəcanını necə idarə etməsindən və onu ruhlandıran kitablardan danışıb.