Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq
24.08.2026 [20:08]
Xəbərin mətni
Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi yeni imkanlar yaradacaq. Bu təşəbbüs elm və təhsil sahəsində yeni tədqiqatların aparılmasına, tələbə mübadiləsinə təkan verəcək. Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Özbəkistanda açılması isə bu sahəyə verilən ən böyük dəyərlərdən biridir. Bu fikirləri açıqlamasında təhsil eksperti Rəşad Qardaşov bildirib.