Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır

08.09.2026 [12:55]

Xəbərin mətni

İlk dəfə olaraq Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır. Bunu artıq keçən ildən test rejimində işə salmışdıq, bu ildən isə məhz subsidiyanın verilməsində istifadə edəcəyik. Bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.