Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib
19.09.2026 [13:24]
Ümumi təhsil müəssisələrində sertifikatlaşdırma prosesi 2022-ci ildən başlayıb və ilk illərdə çox məhdud regional idarələri – bu, paytaxtı, Abşeronu və Sumqayıtı əhatə etmişdi. Sonra ölkənin bütün ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə etdi və bu il biz bu prosesi demək olar, tamamlamışıq. Bütün fənn müəllimləri, təxminən 104 minə yaxın ümumi təhsil müəssisəsində çalışan müəllim bu prosesdə iştirak edib. Sevindirici xəbərdir ki, müəllimlərin əsas hissəsi, yəni təxminən 91 minə yaxın müəllim bu prosesdən uğurla keçib və onların əməkhaqları diferensial qaydada artırılıb. Onlardan təxminən 20 minə yaxın müəllimin əməkhaqqı da yeni tədris ilindən etibarən artıq artımla hesablanmağa başlayıb, ayın axırında və növbəti aylardan onlar artıq əməkhaqqını artımla alacaqlar. Bunu AZƏRTAC-a açıqlamasında İctimai Televiziyada “Pressinq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.