Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır
14.10.2026 [15:11]
Xəbərin mətni
Bu səfərim zamanı Bakıda üçüncü mühazirə və seminarımı keçirirəm. İki gün əvvəl burada çıxış etmişdim, dünən isə Azərbaycan Milli Elmlər Akademiyasında çıxış etdim. Bu, mənim üçün hədsiz dərəcədə maraqlı təcrübə oldu. Bu sözləri ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində Polşa Elmlər Akademiyasının üzvü, London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe deyib.