Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

14.10.2026 [16:46]

Xəbərin mətni

Bilirsiniz ki, hazırda texnologiyanın və süni intellektin sürətli inkişafı bir çox yeni çağırışlar ortaya çıxarır. Təbii ki, bu çağırışlara vaxtında cavablar tapılması və həll yollarının göstərilməsi zəruridir. Məhz bu baxımdan keçirilən belə konfranslar çox vacibdir. Bu, maraqlı tərəflərə bir araya gəlib mövcud problemləri müzakirə etmək və ümumi həll yolları tapmaq üçün əla imkan yaradır. Bu sözləri jurnalistlərə açıqlamasında ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin dekanı Abzətdin Adamov deyib.