SİYASƏT


Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub

Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev İtaliyada səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirən H.Paşayev müəllifi olduğu, “Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxmış “Bir səfirin manifesti” kitabının təqdimatında iştirak edib.