Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə

23.09.2026 [18:57]

Xəbərin mətni

Azərbaycanın təbii sərvətləri sırasında metal filizləri xüsusi yer tutur. Bununla əlaqədar hazırlanan “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən biri ölkəmizdə yeni və müasir sənaye istiqamətinin formalaşdırılmasıdır.