Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur

24.09.2026 [11:34]

Xəbərin mətni

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi yüksəksəviyyəli görüşlərə ildən-ilə daha çox qlobal lider qatılır və mərkəzin beynəlxalq platforma kimi rolu güclənir. Bunu Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Rosen Plevneliyev Mərkəzin Nyu-Yorkda keçirilən XXXVII Yüksəksəviyyəli Görüşü çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.