Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

24.09.2026 [11:53]

Xəbərin mətni

Keyfiyyətli və sağlam toxum yüksək məhsuldarlığın, davamlı bitkiçiliyin, ərzaq təhlükəsizliyinin və bütövlükdə ölkənin aqrar dayanıqlığının əsas şərtlərindən biridir. Buna görə də yerli toxum istehsalının inkişaf etdirilməsi, keyfiyyət və sağlamlıq göstəricilərinin təmin olunması, həmçinin etibarlı təchizat sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda çıxış edərkən deyib.